"Barselona" "Mançester Siti"nin yarımmüdafiəçisi Bernardo Silva ilə prinsipial razılığa gəlib. Sport24.az xəbər verir ki, bu barədə "Diario Sport" məlumat yayıb. 

 

Mənbənin sözlərinə görə, 31 yaşlı portuqaliyalının azad agent kimi Kataloniya klubuna qoşulacağı demək olar ki, 80 faiz razılaşdırılıb. Lakin son qərar "Barselona"nın baş məşqçisi Hansi Flikə aiddir.

 

Klubun maliyyə məhdudiyyətlərinə və La Liqanın əmək haqqı limitinə uyğunlaşmaq üçün Silva maaşının 60 faiz azaldılmasına razılıq verib.

 

Qeyd edək ki, portuqaliyalı futbolçu 2017-ci ildən "Siti"də çıxış edir. Silva bütün turnirlərdə 454 oyun keçirib, 76 qol vurub və 77 məhsuldar ötürmə edib. "Transfermarkt" onun dəyərini 27 milyon avro qiymətləndirir.