Əvəzedicilər Liqasında XXIV turun oyunları keçirilir. Sport24.az xəbər verir ki, lider "Sabah-2" bu gün "Kəpəz-2" ilə qarşılaşıb.
4 qolun vurulduğu matç "bayquşlar"ın qələbəsiylə başa çatıb – 3:1.
"Sabah" 24 turdan sonra 53 xalla liderdir. "Kəpəz-2" isə 16 xalla 10 komanda arasında 9-cudur.
Əvəzedicilər Liqası
XXIV tur
1 may
"Sabah-2" – "Kəpəz-2" 3:1
Qollar: N.Cabbarov, 45+2, R.Nuraxmedov, 57, 90+2 – Ş.İsmayılov, 32