Almaniyanın "Bavariya" klubu futbolçusu Konrad Laymer ilə yollarını ayıra bilər. Sport24.az xəbər verir ki, ölkə çempionu 28 yaşlı cinah müdafiəçisi ilə əməkdaşlığı davam etdirməkdə maraqlı olsa da, oyunçunun maaş tələblərini qarşılamaq niyyətində deyil.

 

K.Laymer yeni mövsüm üçün 12-15 milyon avro istəyir. Klub rəhbərliyi avstriyalı oyunçunu yayda satmağa hazırdır.


Xatırladaq ki, Konrad Laymerin "Bavariya" ilə müqaviləsinin müddəti 2027-ci ilin yayınadək qüvvədədir. O, cari mövsüm 42 oyunda 3 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.