"Real"ın müdafiəçisi Xesus Fortea karyerasını İtaliya A Seriyasında davam etdirə bilər. Sport24.az xəbər verir ki, "Komo" ispaniyalı futbolçunu transfer etmək istəyir.
Bu barədə insayder Nikolo Skira məlumat yayıb.
Artıq klublar arasında danışıqlar başlayıb. "Kral klubu" İspaaniya U-19 millisinin üzvünü az miqdarda geri satınalma bəndi ilə satmağa hazırdır.
"Koma" daha əvvəl bu şərtlə Madrid təmsilçisindən Niko Pas və Xakobo Ramonu heyətinə qatıb.
Qeyd edək ki, sağ cinah müdafiəçisi mövqeyində çıxış edən 19 yaşlı Xesus Fortea "Real"ın B komandasının formasını geyinir.