Mövsümün sonunda müqaviləsi başa çatan Mauro İkardinin "Qalatasaray"dakı gələcəyi qeyri-müəyyəndir. Sport24.az xəbər verir ki, İstanbul nəhəngi ilə yeni sözləşmə imzalamayan argentinalı hücumçu ilə maraqlanan klublar var.
Bu barədə "Takvim" nəşri məlumat yayıb.
Səudiyyə Ərəbistanı və Braziliya təmsilçiləri İkardini heyətə qatmaq istəyir. Bu ölkələrdən bir neçə klub ulduz futbolçuya yüksək maaş təklif edib. 33 yaşlı forvard qərarını yayda verəcək.
Qeyd edək ki, Mauro İkardi 2022-ci ilin yayından "Qalatasaray"da çıxış edir. O, cari mövsümdə "sarı-qırmızılar"ın heyətində meydana çıxdığı 45 rəsmi matçda 16 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.