"Barselona" müdafiəçi Alexandro Baldeni satmağı planlaşdırır. Sport24.az xəbər verir ki, La Liqa nəhəngi yayda ispaniyalı futbolçu üçün gələn təklifləri dəyərləndirəcək.

 

Bu barədə "Diario Sport" nəşri məlumat yayıb.

 

Baldeyə ən çox maraq göstərən klub "Mançester Yunayted"dir. İspaniya klubu 22 yaşlı sol cinah müdafiəçisinə 50 milyon avro qiymət qoyub.

 

Qeyd edək ki, Alexandro Balde "Barselona" akademiyasının yetirməsidir. İspaniya millisinin üzvü bu mövsüm Kataloniya təmsilçisinin heyətində meydana çıxdığı 38 rəsmi matçda 3 qol ötürməsi ilə yadda qalıb.