"Sassuolo" mövsümün sonunda müqaviləsi başa çatan Nemanya Matiçlə bağlı qərar verib. Sport24.az xəbər verir ki, A Seriyası təmsilçisi serbiyalı yarımmüdafiəçini komandada saxlayacaq.

 

Bu barədə insayder Nikolo Skira məlumat yayıb.

 

İtaliya klubu 37 yaşlı futbolçuya 1 illik sözləşmə təklif edib. Təcrübəli dayaq yarımmüdafiəçisi ilə yaxın günlərdə yeni müqavilə imzalanacaq.

 

Qeyd edək ki, Nemanya Matiç mövsümün əvvəlindən "Sassuolo"da çıxış edir. Serbiya millisinin üzvü "qara-yaşıllar"ın heyətində meydana çıxdığı 30 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.