AFFA İntizam Komitəsinin iclası keçirilib. Sport24.az xəbər verir ki, toplantıda I Liqanın XXIV turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

 

29 aprel 2026-cı il tarixində I Liqada XXIV turun MOİK – "Şahdağ Qusar" oyununda MOİK komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün MOİK komandası 210 manat cərimə edilsin (maddə 43.1);

 

29 aprel 2026-cı il tarixində I Liqada XXIV turun "Mingəçevir" – "Zaqatala" oyununda "Zaqatala" komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün "Zaqatala" komandası 210 manat cərimə edilsin (maddə 43.1).