Bakıda təlim-məşq toplanışında olan çimərlik futbolu üzrə Azərbaycan milli komandası ikinci yoldaşlıq oyununu keçirib. Sport24.az xəbər verir ki, milli yenə Belarus yığması ilə qarşılaşıb.

 

Su İdmanı Sarayında təşkil olunan görüş Azərbaycan millisinin 4:3 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Komandanın heyətində qolları Ramil Əliyev, İsa Zeynallı, Bayram Bayramlı və Sahib Məmmədov vurublar.