İntizam Komitəsinin iclası keçirilib. Sport24.az xəbər verir ki, toplantıda Misli Premyer Liqası XXI turundan təxirə salınmış "Neftçi" – "Qarabağ" oyunu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

 

30 aprel 2026-cı il tarixində Misli Premyer Liqasında XXI turun "Neftçi" – "Qarabağ" oyununda "Neftçi" komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün "Neftçi" komandası 700 manat cərimə edilsin (maddə 43.1);

 

30 aprel 2026-cı il tarixində Misli Premyer Liqasında XXI turun "Neftçi" – "Qarabağ" oyununda "Qarabağ" komandasının azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 5-ci dəfə təkrarlandığına görə "Qarabağ" komandası 8000 manat cərimə edilsin (maddə 52.5);