"West Hem"in futbolçusu El Hacı Malik Diuf Premyer Liqada klubunu dəyişə bilər. Sport24.az xəbər verir ki, "Mançester Yunayted" seneqallı futbolçunu heyətinə qatmaq istəyir.

 

Bu barədə "The Guardian" nəşri məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, "Qırmızı şeytanlar" 21 yaşlı sol cinah müdafiəçisini yayda transfer etməyə çalışacaq.

 

Qeyd edək ki, "Vest Hem" El Hacı Malik Diufu 2025-ci ilin yayında "Slavia Praqa"dan transfer edib. Seneqal millisinin üzvü bu mövsüm London təmsilçisinin heyətində meydana çıxdığı 30 rəsmi matçda 5 məhsuldar ötürmə ilə yadda qalıb.