İngiltərənin "Mançester Siti" futbol komandasının kapitanı Bernardo Silva yay transfer pəncərəsində klubunu dəyişməyə hazırlaşır. Sport24.az xəbər verir ki, portuqaliyalı futbolçunun əsas hədəfi İspaniyanın "Barselona" futbol komandasına keçmək olsa da, o, alternativ variantları da nəzərdən keçirir.
İnsayder Nikolo Skiranın verdiyi məlumata görə, İtaliyanın "Yuventus" futbol komandası Silvaya "2+1" sxemi ilə müqavilə təklif edib. Əgər "Barselona" tərəfi transfer üçün konkret addımlar atmasa, təcrübəli oyunçunun Turin təmsilçisi ilə danışıqlara başlayacağı gözlənilir.
Silva "şəhərlilər"lə başa çatan müqaviləsini yeniləməyəcəyi üçün yeni klubuna azad agent kimi qoşulacaq.