İngiltərə millisinin və "Nyukasl "ın gənc ulduzu Entoni Qordon kayerasını Bundesliqada davam etdirə bilər. Sport24.az xəbər verir ki, Bavariya hücumameyilli futbolçunu heyətinə qatmaq istəyir.

 

Bu barədə insayder Fabrisio Romano sosial şəbəkə hesabında paylaşım edib.

 

Mənbənin sözlərinə görə, Bundesliqa təmsilçisi artıq futbolçu ilə bağlı ilkin danışıqlara start verib. Münhen klubu yay "transfer pəncərəsi"ndə heyətini gücləndirmək üçün Qordonu əsas hədəflərindən biri kimi müəyyənləşdirib. 

 

Qeyd edək ki, Entoni Qordon bu mövsüm "Nyukasl"ın heyətində 46 rəsmi matçda 17 qol vurub və 5 məhsuldar ötürmə edib.