"Fənərbaxça" Türkiyə Super Liqasının 32-ci turunda doğma meydanda "Başakşehir"i qəbul edəcək. Sport24.az xəbər verir ki, ev sahibləri oyuna ciddi itkilərlə çıxacaq.

 

8 futbolçu zədə səbə və cəza səbəbindən komanda kömək edə bilməyəcək. Edson Alvares, Matteo Qenduzi, Mert Müldür, Arçi Braun, Ederson, Dorjeles Nene, Milan Şkrinyar və Marko Asensio matçda iştirak etməyəcək.

 

Qeyd edək ki, "Fənərbaxça" - "Başakşehir" qarşılaşması sabah keçiriləcək və Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.