Misli Premyer Liqasının 30-cu turunun ilk oyun gününə Sumqayıtda yekun vurulacaq. Sport24.az xəbər verir ki, stadion probelmi ilə üzləşən "Araz-Naxçıvan" "SOCAR Polymer Arena"da "İmişli"ni qonaq edir.

 

Hər iki komanda üçün demək olar ki, mövsüm başa çatıb. Naxçıvan təmsilçisinin avrokuboklara yollanmayacağı demək olar ki, müəyyənləşib. "İmişli" isə böyük ölçüdə elitada yerini qorumağı bacarıb. Bu üzdən hər iki komanda meydana sadəcə, imicini qorumaq üçün çıxacaq.

 

Qeyd edək ki, tura mayın 5-də yekun vurulacaq.

 

Misli Premyer Liqası

III dövrə, XXX tur

18:30. "Araz-Naxçıvan" - "İmişli"

Hakimlər: Vüqar Həsənli, Elşad Abdullayev, Zöhrab Abbasov, Emin Əliyev
VAR: Fərid Hacıyev
AVAR: Rəhman İmami
Hakim-inspektor: İmanxan Sultani 
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Sumqayıt. "SOCAR Polymer Arena".