"Tottenhem"in müdafiəçisi Mikki van de Ven yay "transfer pəncərəsi"ndə "Mançester Yunayted"ə keçə bilər. Sport24.az "Daily Mail" nəşrinə istinadən xəbər verir ki, "qırmızı şeytanlar" 25 yaşlı futbolçunu yaxından izləyir.
Klubun məşqçilər korpusu oyunçunun sürətini, driblinq qabiliyyətini və topu almaq qabiliyyətini yüksək qiymətləndirirlər. Xüsusilə, müdafiəçinin "Tottenhem"lə müqaviləsində sərbəst buraxılma bəndinin olmaması Mançester təmsilçisinin işinə yarayır.
Van de Ven 2023-cü ildə "Volfsburq"dan "Tottenhem"ə 40 milyon avroya keçib.
Qeyd edək ki, müdafiəçi bu mövsüm bütün turnirlərdə 40 oyunda meydana çıxıb, 7 qol vurub və 1 məhsuldar ötürmə edib. Van de Venin klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına qədərdir. "Transfermarkt"dakı məlumata görə, onun bazar dəyəri 65 milyon avrodur.