Markus Reşford karyerasını "Tottenhem"də davam etdirə bilər. Sport24.az xəbər verir ki, bu barədə "BBC Sport" məlumat yayıb.
Müqavilə ilə "Mançster Yunayted"ə məxsus hücumçu 2025-ci ildən "Barselona"da icarədədir.
Mənbənin sözlərinə görə, "Tottenhem" Reşfordu yaxından izləyir. Komanda 2025/26 mövsümünün sonunda İngiltərə Premyer Liqasındakı yerini qoruyub saxlasa, hücumçunu əldə etməyə çalışacaq. "Tottenhem" sona dörd qalmış 34 xalla 18-ci yerdədir.
"TEAMtalk" portalı bir müddət əvvəl "Barselona"nın Reşfordu birdəfəlik almaq üçün "Mançester Yunayted"lə razılığa gəldiyini, lakin Kataloniya klubunun sonradan qeyri-müəyyən maliyyə vəziyyətinə görə transferdən imtina etdiyi barədə xəbər yaymışdı.
Qeyd edək ki, 28 yaşlı hücumçu cari mövsümdə bütün turnirlərdə 45 oyun keçirib, 13 qol vurub və 13 məhsuldar ötürmə edib.