"Qarabağ"ın futbolçusu Aleksey Kaşuk "Neftçi"nin təklifinə üz çevirib. Sport24.az-a etibarlı mənbədən daxil olan məlumata görə, Yuri Vernidub həmyerlisini "Neftçi"də görmək istəyir. Lakin ukraynalı vinger "Neftçi"nin formasını geyinmək istəmir.

 

"Qarabağ"da əsas heyətə düşməkdə çətinlik çəkən Kaşuk ya Avropada, ya da "Sabah"da oynamaq niyyətindədir.

 

Qeyd edək ki, "Qarabağ"a ötən mövsümün əvvəlində Donetsk "Şaxtyor"undan keçən Aleksey Kaşukun ağdamlılarla müqaviləsi 2027-ci ilin yayında başa çatır.