Azərbaycanın aerobika gimnastları Çexiyada keçirilən beynəlxalq turnirdə qızıl medal qazanıblar. Sport24.az xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Arzu Ağayeva, Leyla Bejanova və Xədicə Quliyevadan ibarət "üçlük" yarışda birinci olub. Çexiya ikinci, Slovakiya üçüncü yeri tutub.