Macarıstanın Debretsen şəhərində tələbələr arasında keçirilən 5-ci Avropa Universitet Oyunları davam edir.

Sport24.az xəbər verir ki, Azərbaycan İdman Akademiyasının futzal komandası 1/4 finala yüksəlib.

Futzalçılarımız qrup mərhələsində Macarıstan, Almaniya və Polşanı məğlub edərək, pley-offa vəsiqə qazanıb. Komandamızın rəqibinin adına digər qruplarda keçiriləcək oyunlardan sonra aydınlıq gələcək.

Qeyd edək ki, Azərbaycan şahmatçıları Oyunlarda 1 qızıl və 1 gümüş medal qazanıblar.