Azərbaycan futzal millisinin və "Araz-Naxçıvan"ın üzvü Mirzə Əmirov Bakıda cərrahiyyə əməliyyatı olunub. Sport24.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının mətbuat xidməti məlumat yayıb.

 

Futzalçının diz qapağı sınığında bitişməyən hissələrin çıxarılması, diz qapağı bağının bərpası əməliyyatı uğurlu alınıb.

 

Bu gün xəstəxananı tərk edəcək Əmirovun 3 aydan sonra komanda ilə birgə məşqlərə başlaya biləcəyi gözlənilir.