Azərbaycan Kubokunun 1/4 final mərhələsində keçiriləcək "Zirə" – "Sumqayıt" oyununun hakimləri müəyyənləşib. Sport24.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.

 

Cavab qarşılaşmasını FIFA referisi Elçin Məsiyev idarə edəcək. Elşad Abdullayev və Pərvin Talıbov onun bu qarşılaşmadakı köməkçiləri olacaqlar.

 

Azərbaycan Kuboku

 

1/4 final

 

3 mart

 

19:00."Zirə" – "Sumqayıt"

 

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Cabarov

 

VAR: Tural Qurbanov

 

AVAR: Asiman Əzizli

 

Hakim-inspektor: Rəhim Həsənov

 

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov

 

Zirə İdman Kompleksinin stadionu

 

Qeyd edək ki, tərəflər arasında baş tutan ilk matçda qapılara qol vurulmayıb.