Azərbaycan paraüzgüçüləri Qubada təlim-məşq toplanışına başlayıblar. Sport24.az xəbər verir ki, dünən start götürən hazırlıq prosesi martın 17-dək davam edəcək.

 

Toplanışda paralimpiyaçılar - Raman Salei, Əli Vəliyev və Murad Məmmədov iştirak edirlər.

 

Onlar məşqçilər - Fyodor Kirillov və Faiq Əsgərovun rəhbərliyi altında hazırlıq keçirlər.