Əvəzedicilər Liqasında XVIII tura start verilib. Sport24.az xəbər verir ki, ilk gündə 3 oyun baş tutub.

 

"Neftçi-2" bu turda "Zirə-2″yə minimal hesabla qalib gəlib. "Sumqayıt"ın əvəzedicilər "Araz-Naxçıvan-2″dən, "Qəbələ"nin ikinciləri isə "Kəpəz-2″dən üstün olub.

 

Əvəzedicilər Liqası

XVIII tur

 

2 mart

 

"Kəpəz-2" – "Qəbələ-2" 1:2

Qollar: Amur Yusifov, 73 – Rəvan Əsədov, 25. Qədir Ramazanov, 89.

 

"Araz-Naxçıvan-2" – "Sumqayıt-2" 3:4

Qollar: Nuran Muradlı, 7. İftixar İbrahimov, 54. İbrahim Piriyev, 82 – Kamal Zülfiyev, 5. Ruslan Əliyev, 45+1. Rəvan Mustafayev, 55 (avtoqol). Elgün İsaqov, 70.

 

"Neftçi-2" – "Zirə-2" 1:0

Qol: Ömər Qurbanov, 79