Türkiyənin "Fənərbağça" klubunun futbolçusu Nelson Semedu dörd həftə yaşıl meydanlardan kənarda qalacaq. Sport24.az xəbər verir ki, buna portuqaliyalı cinah oyunçusunun Superliqanın XXIV turunda "Antalyaspor"la matçda zədələnməsi səbəb olub.

 

Sol dizindən xəsərat alan oyunçu apreldə meydana çıxa biləcək.

 

Qeyd edək ki, "Fənərbağça" "Antalyaspor"la heç-heçə edib - 2:2.