"Milan"ın növbəti transfer hədəfi bəlli olub. Sport24.az xəbər verir ki, "rossonyerlər" "Borussiya"nın (Dortmund) forvardı Serhu Girassi ilə yaxından maraqlanır.
29 yaşlı futbolçunun "Milan"a keçməyə müsbət yanaşıb-yanaşmadığı bəlli deyil.
Amma İtaliya nəhəngi Dortmund klubuna təklifini irəli sürüb.
Qvineya millisinin əsas forvardının "Borussiya" ilə müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir.
O, "Laval", "Lill", "Oser", "Köln", "Amien", "Renn", "Ştuttqart" klublarında çıxış edib.