"Qalatasaray" futbolçusu Lukas Torreyra ilə müqaviləni uzatmaq istəyir. Sport24.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. İstanbul klubu uruqvaylı yarımmüdafiəçi ilə yaxın zamanda danışıqlara başlayacaq.

 

Torreyraya maaşının 4.5 milyon avrodan 5.5 milyon avroya yüksəldilməsi təklif olunacaq.

 

Lukas bu mövsüm 35 oyunda 3 qol vurub, 4 məhsuldar ötürmə edib. Onun sözləşməsi 2028-ci ilin yayına kimidir.