"Arsenal" "İnter"in müdafiəçisi Alessandro Bastonini transferində maraqlıdır. Sport24.az "Caught Offside"a istinadən xəbər verir ki, London klubunun məşqçilər heyəti Bastoninin komandanın müdafiəsini gücləndirə biləcəyinə inanır.

 

Mənbənin sözlərinə görə, "İnter" oyunçuya təxminən 100 milyon avro dəyərində qiymət qoyur.

 

Müdafiəçinin Milan klubu ilə hazırkı müqaviləsi 2028-ci ilin yayına qədərdir.

 

Qeyd edək ki, Bastoni 2017-ci ilin avqustunda 31 milyon avro qarşılığında "Atalanta"dan "İnter"ə keçib.