Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının məşqçisi Rövşən Qasımov dünya çempionatının seçmə mərhələsi çərçivəsində Andorra yığması ilə evdə keçirilən oyundan (2:0) sonra mətbuat konfransında fikirlərini bildirib. Sport24.az xəbər verir ki, mütəxəssis qələbəni belə şərh edib:
"Çox gözəl atmosfer var idi. Bizə olan ümidləri doğrultmağa çalışdıq. İnanıram ki, azarkeşlər oyundan zövq aldılar. Komandadan razı qaldıq, qızlar bütün tapşırıqları yerinə yetirdilər. Qarşıda bizi çox vacib matçlar gözləyir. İyunda Macarıstan və Şimali Makedoniya yığmaları ilə qarşılaşacağıq. Bundan sonra tam olaraq həmin görüşlərə köklənəcəyik".