"Mançester Yunayted" İngiltərə Premyer Liqasının XXXIII turunda bu gün "Çelsi"nin qonağı olacaq. Sport24.az xəbər verir ki, "qırmızı şeytanlar"ın müdafiəçisi Leni Yoro zədə səbəbindən matçı buraxacaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

Yoro ilə yanaşı, digər müdafiəçilər – Lisandro Martines və Harri Maquayr isə cəza səbəbindən London səfərində meydana çıxmayacaq.


"Çelsi" – "Mançester Yunayted" oyununa saat 23:00-da start veriləcək.