Xorvatiyalı futbolçu Luka Modriç "Milan"da qalmaq üçün rəhbərliyə şərt qoyub. Sport24.az xəbər verir ki, bu barədə "Sky Sport İtalia" məlumat yayıb.
40 yaşlı yarımmüdafiəçi baş məşqçi Massimiliano Alleqrinin klubdan göndərilməyəcəyi halda, yeni mövsümdə də "qırmızı-qaralar"ın formasını geyinməyə hazırdır. O, bu şərtlə yayda başa çatacaq müqaviləsini uzatmağa razıdır.
"Milan" A Seriyasında 63 xalla üçüncü sıradadır.
Klub rəhbərliyinin baş məşqçi Alleqri ilə münasibətlərinin pozulduğu və yayda onunla yolları ayırmağı düşündüyü bildirilir.