​"Fənərbağça" Super Liqanın 30-cu həftəsində öz meydanında "Çaykur Rizespor"u qonaq edəcək. Sport24.az xəbər verir ki, qarşılaşma öncəsi "sarı-lacivərdlilər"in heyəti bəlli olsa da, ulduz oyunçunun adı siyahıda yer almayıb.

 

​"Beşiktaş" derbisində zədələnən Marko Asensio sağala bilmədiyi üçün "Çaykur Rizespor" matçının heyətinə daxil edilməyib.

 

​Asensionun yoxluğu İstanbul təmsilçisi üçün böyük itki hesab olunur. Təcrübəli futbolçu bu mövsüm "Fənərbağça" forması ilə çıxdığı 37 matçda 13 qol və 14 məhsuldar ötürmə ilə yadda qalıb.