Zədələr və gözlənilməz performansı ilə gündəmdə olan Romelu Lukaku mövsümün sonunda "Napoli"dən ayrılmağa hazırlaşır. Sport24.az xəbər verir ki, klub rəhbərliyi təcrübəli oyunçu üçün sürpriz qiymət müəyyənləşdirib.

 

Bu mövsüm zədələrlə mübarizə aparan 32 yaşlı Lukaku "Napoli" forması ilə cəmi 7 matçda meydana çıxa bilib. Meydanda cəmi 74 dəqiqə qalan forvardın bu sönük performansı klub rəhbərliyinin səbrini daşırıb.

 

İtaliya klubu Lukakunun həm zədələrindən, həm də meydan kənarındakı hərəkətlərindən narahatdır. Komanda daxili dinamikanı qorumaq istəyən "Napoli"nin ulduz futbolçu üçün 10 milyon avroluq istənilən təklifi qəbul edəcəyi bildirilir.

 

Hazırda Lukakunu heyətinə qatmağa ən yaxın klub digər İtaliya nəhəngi "Milan"dır. Bununla yanaşı, Türkiyənin "Beşiktaş" klubunun da ulduz forvardla yaxından maraqlandığı iddia olunur.