"Santos"un hücumçusu Neymar MLS təmsilçisi "FC Sinsinnati"nin maraq dairəsinə düşdüyü barədə xəbərlərə münasibət bildirib. Sport24.az xəbər verir ki, 34 yaşlı ulduz futbolçu bu barədə ESPN-ə açıqlama verib:
"Düzünü desəm, bu barədə heç nə bilmirəm".
Neymar 2026-cı ilin sonunda başa çatacaq hazırkı müqaviləsinin müddətini uzatmaq niyyətində olduğunu bildirib.
Qeyd edək ki, Neymar bu mövsüm səkkiz oyunda 4 qol vurub və 3 məhsuldar ötürmə edib. O, karyerası ərzində PSJ, "Barselona" və "Əl-Hilal"ın formasını geyinib..