Misli Premyer Liqasında 28-ci turu davam edir. Sport24.az xəbər verir ikinci oyun günündə daha iki qarşılaşma baş tutacaq.
Günün ilk matçı Yevlaxda keçiriləcək. "Karvan-Yevlax" "doğma divarlar" arasında "Şamaxı"nı qəbul edir. Hazırda turnir cədvəlinin sonunda qərarlaşan meydan sahibləri ötən tur cari mövsümdə ikinci qələbəsini qazanmaqla azarkeşlərini sevindirib. Füzuli Məmmədovun komandası "şirlər"lə görüşdə eyni uğuru təkrarlamağa çalışacaq. Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv isə mövsümü daha üst pilllərdə başa vurmağı planlaşdırır. Qonaqlar hazırda "Sumqayıt"la birgə 32 xala malik olsa da, əlavə göstəricilərə görə, 8-ci yerdədir.
Qeyd edək ki, turun dünən keçirilən matçlarında "Turan Tovuz" "Araz-Naxçıvan" 3:0 hesabı ilə məğlub edib. "Zirə" - "Neftçi" görüşündə isə qalib müəyyənləşməyib - 1:1.
Misli Premyer Liqası
III dövrə, XXVIII tur
15:30. "Karvan-Yevlax" - "Şamaxı" 0:0 (Birinci hissə)
Hakimlər: Emin Əliyev, Zeynal Zeynalov, Müslüm Əliyev, Rəşad Əhmədov
VAR: Əli Əliyev
AVAR: Rahil Ramazanov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Namiq Əliyev
Yevlax. Şəhər stadionu.
"Karvan-Yevlax": 99. Pedro Mateuş 6. Vadim Abdullayev (k) 33. Eltun Turabov 13. Vüsal Məsimov 14. Uğur Cahangirov 16. Rauf Rüstəmli 5. Emin Rüstəmov 20. Coy Sleyd Mikels 2. Şakil Sno 8. Peter Kings 21. İmani Barker
Ehtiyat oyunçular: 1. Kamran İbrahimov 25. Əmrah Bulud 17. Samir Abdullayev 11. Kayl Spens 37. Mois Nqvisani 19. Tompson Qavi 10. Samuel Durrant 4. Olavale Doyeni
Baş məşqçi: Fizuli Məmmədov
"Şamaxı": 62. Abdulla Seydəhmədov 5. Arsen Ağcabəyov (k) 97. Oruc Məmmədov 82. Rüfət Abbasov 7. Edqar Adilxanov 9. Karim Rossi 10. Andrey Tirkoveanu 3. Vladislav Veremeyev 13. Rikardo Apolinario 4. Sezar Enrike 44. David Santos
Ehtiyat oyunçular: 99. Səlim Həşimov 17. Rafael Məhərrəmli 2. Abdulla Rzayev 80. Həbib İsmayılov 21. Bilal İsmayılov 27. Emil Süleymanov 77. Nihat Mehralıyev 14. Ravil Qafarov 88. Rodriqo Fernandeş 19. Abdullahi Şuaybu 8. Alfons Msanqa