"Beşiktaş" müdafiəçi Taylan Bulutla yollarını ayıracaq. Sport24.az xəbər verir ki, bu barədə "Sabah" nəşri məlumat yayıb.

 

Türkiyə əsilli almaniyalı futbolçunun performansı baş məşqçi Sergen Yalçını qane etmir. "Qara qartallar" yayda 20 yaşlı sol cinah müdafiəçisi üçün gələn təklifləri dəyərləndirəcək. Artıq gənc oyunçunun menecerinə bu barədə məlumat verilib.


Qeyd edək ki, "Beşiktaş" Taylan Bulutu mövsümün əvvəlində "Şalke"dən 6 milyon avroya transfer edib. Almaniya U-20 millisinin üzvü İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 11 rəsmi matçda 1 məhsuldar ötürmə ilə yadda qalıb.