Niderlandın "Ayaks" klubu Dani Sebalyos transferi üçün hərərkətə keçib. Sport24.az xəbər verir ki, bu barədə insayder Matteo Moretto məlumat yayıb.
Onun sözlərinə görə, Amsterdam təmsilçisinin yeni idman direktoru Jordi Kruyff artıq komandanın gələcək layihəsini formalaşdırmağa başlayıb və "Real"ın 29 yaşlı yarımmüdafiəçisini əsas hədəflərdən biri kimi müəyyənləşdirib.
Qeyd edək ki, Sebalyosun "Real" ilə müqaviləsinin bitməsinə 1 il qalıb. O, bu mövsüm zədə səbəbindən az oyun şansı qazanıb. Ümumilikdə 22 matçda meydana olan ispaniyalı yarımmüdafiəçi, cəmi 804 dəqiqə forma geyinib.