İranın "İstiqlal" klubunun futbolçusu Munir El Haddadi Türkiyəyə gəlib. Sport24.az xəbər verir ki, bu barədə mərakeşli hücumçu sosial şəbəkə hesabında paylaşım edib.

 

O, İrandakı siyası gərginlik səbəbindən Türkiyəyə gəldiyini və burda güvəndə olduğunu bildirib.

 

Munir karyerası ərzində "Barselona", "Valensiya", "Alaves", "Sevilya" kimi klublarda çıxış edib. O, 2025-ci ilin sentyabrından "İstiqlal"ın formasını geyinirdi.