"Sabah" komandasının Misli Premyer Liqasındakı çempionluq şansı beş faiz artıb. Sport24.az xəbər verir ki, bu barədə "Football Meets Data" məlumat yayıb.

 

Bu, "bayquşlar"ın Misli Premyer Liqasının XXII turunda "Qarabağ"la heç-heçə etməsi (3:3) sayəsində mümkün olub. Hazırda "Sabah"ın çempionluq şansı 55 faiz olaraq qiymətləndirilir. Ağdam klubunda bu rəqəm 45 faizdir. 

 

Xatırladaq ki, 22 turdan sonra "Sabah" 53 xalla liderdir. Rəbiqindən bir oyun keçirən "Qarabağ" 46 xalla ikinci sıradadır.