UEFA-nın "HatTrick" proqramı çərçivəsində AFFA və Bakı Futbol Federasiyasının birgə təşkilatçılığı ilə 17-19 mart 2026-cı il tarixlərində ümumilikdə 3 günü əhatə edəcək D kateqoriyalı məşqçi kursları keçiriləcək. Sport24.az xəbər verir ki, kurs zamanı dərslər həm nəzəri, həm praktiki hissədən ibarət olmaqla AFFA-nın məşqçi kurslarının təlimatçıları tərəfindən Bayıl stadionunda baş tutacaq.

 

Kursda iştirak etmək ödənişsizdir. İştirak etmək istəyən 16 yaşına çatmış şəxslər 06.03.2026-cı il tarixinədək aşağıda qeyd olunan linkə keçid edərək anketi doldura bilərlər.

 

Kurslara iştirak haqqı qazanmış şəxslərə 10.03.2026-cı il tarixindən etibarən bu barədə geridönüş ediləcək.

 

Qeydiyyatdan keçmək üçün link: https://bit.ly/dkursu2026-2