Futbol üzrə Azərbaycan II Liqasında XVI turun oyunları davam edir. Sport24.az xəbər verir ki, "Qaradağ Lökbatan" öz meydanında "Şəmkir"i qəbul edib.

 

Qarşılaşma ev sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.

 

Xallarını 42-yə yüksəldən "Qaradağ Lökbatan" çempionatın lideridir. 26 xalı olan "Şəmkir" isə 5-ci yerdədir.

 

"Qaradağ Lökbatan" - "Şəmkir" 4:0

Qollar: R.Quliyev, 30, H.Həsənov, 44, T.Axverdiyev, 45, İ.Hüseynov, 87