"Yuventus"un yarımmüdafiəçisi Tyon Kopmeyners karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər. Sport24.az xəbər verir ki, "Qalatasaray" niderlandlı futbolçunu transfer etmək istəyir.

 

Bu barədə "Tutto Sport" nəşri məlumat yayıb.

 

A Seriyası nəhəngi Kompeynersi satmağın əleyhinə deyil. Onlar 28 yaşlı hücumameyilli yarımmüdafiəçi üçün 30 milyon avro tələb edəcəklər.

 

"Roma" da təcrübəli oyunçu ilə yaxından maraqlanır.

 

Qeyd edək ki, "Yuventus" Tyon Kopmeynersi 2024-cü ilin yayında "Atalanta"dan 60 milyon avroya transfer edib. Niderland millisinin üzvü bu mövsüm Turin təmsilçisinin heyətində meydana çıxdığı 36 rəsmi matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.