Bu gün keçiriləcək bir oyunla Bizon Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunlarına start veriləcək. Sport24.az xəbər verir ki, günün yeganə matçı Zirədə keçiriləcək.

 

Qəsəbənin eyniadlı təmsilçisi "Sumqayıt"ı qonaq edir. Bu komandalar arasında Sumqayıtda baş tutan ilk görüşdə qapılara qol vurulmayıb. Cütün qalibi isə yarımfinalda "Turan Tovuz" - Kəpəz" duelində sevinən tərəflə üz-üzə gələcək.

 

Qeyd edək ki, raundun digər görüşləri sabah və cümə axşamı keçiriləcək.

 

Bizon Azərbaycan Kuboku

1/4 final mərhələsi, cavab oyunu

 

19:00. "Zirə" - "Sumqayıt"

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Cabarov

VAR: Tural Qurbanov

AVAR: Asiman Əzizli

Hakim-inspektor: Rəhim Həsənov

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov

Zirə. İdman Kompleksinin stadionu