Bu gün Azərbaycanın qadınlardan ibarət millisi dünya çempionatının seçmə mərhələsi çərçivəsində ilk oyununa çıxacaq. Sport24.az xəbər verir ki, C Liqasının 3-cü qrupunda yer alan yığmamız Mərdəkanda Şimali Makedoniya ilə qarşılaşacaq.
Polşadan olan hakimlər briqadasının idarə edəcəyi gğrüş "Dalğa Arena"da keçiriləcək və saat 15:00-da start götürəcək.
Qeyd edək ki, yığmamızın qrupdakı digər rəqibləri Macarıstan və Andorra milliləridir.
Dünya çempionatının seçmə mərhələsi
C liqası, 3-cü qrup
15:00. Azərbaycan - Şimali Makedoniya
Hakimlər: Anna Adamska, Julia Bukaroviç, Angelika Novak, Mixalina Diakov (hamısı Polşa)
Mərdəkan. "Dalğa Arena"