Əfsanəvi fransız yarımmüdafiəçi və "Real"ın keçmiş baş məşqçisi Zinəddin Zidan braziliyalı Ronaldo ilə birlikdə oynadığı xatirələrini bölüşüb. Sport24.az xəbər verir ki, veteran futbolçu bu barədə "L'Equipe"-ə müsahibəsində  danışıb: 

 

"Əsl Fenomen! Və bu, təkcə mənim fikrim deyil - o, bu gün də bu statusu saxlayır. Brazliyalı həqiqətən unikal idi. "Real"da uzun müddət onunla birlikdə oynamaq şərəfinə nail oldum. Ronaldo həqiqətən də ləqəbinə layiq idi.

 

O, inanılmaz dərəcədə parlaq və şən bir insan olaraq qalarkən bütün lazımi keyfiyyətlərə sahib idi. Onun dostu olmaq üçün hər kəs mümkün olan hər şeyi etmək istəyirdi. Ronaldonu heyrətamiz edən onun məşqdə etdikləri idi. Bəzən komanda yoldaşları məşq zamanı onun hərəkətini izləmək üçün dayanırdılar.

Onun məşqdə topla işləməsi rəsmi matçlardakı qədər möhtəşəm idi". 

 

 

Qeyd edək ki, kareyerası ərzində iki dəfə - 1997 və 2002-ci illərdə "Qızıl top" mükafatını qazanıb.