"Bornmut"u növbəti mövsümdən Marko Rouzu çalışdıracaq. Sport24.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, artıq klubla mütəxəssis arasında razılıq əldə olunub.
Rouzdan başqa "İpsviç"in baş məşqçisi Kieran Makkenna və "Rayo Valyekano"nun məşqçisi İniqo Peres də namizədlər arasında idi. Ancaq rəhbərlik "Leypsiq"in sabiq baş məşqçisi ilə yola davam etməyə lazım bilib.
Qeyd edək ki, "albalılar"ın hazırkı çalışdırıcısı Andoni İraola bir müddət əvvəl rəhbərliyə cari mövsümün sonunda klubdan gedəcəyini bildirib. O, 2023-cü ilin iyulundan "Bornmut"un "sükanı arxasına" keçib. idarə etməyə başlayıb. Komanda onun rəhbərliyi altında ötən mövsümü doqquzuncu yerdə başa vurub və həmçinin FA Kubokunun dörddəbir finalına çıxıb.
"Bornmut" hazırda 45 xalla Premyer Liqada 11-ci yerdədir.