FİFA prezidenti Canni İnfantino dünya çempionatının qurumun yeganə gəlir mənbəyi olduğunu bildirib. Sport24.az xəbər verir ki, ali futbol qurumunun rəhbəri bu barədə Semafor konfransında danışıb.
İnfantino DÇ-2026 üçün bilet qiymətlərinin yüksək olması ilə bağlı tənqidlərə cavab verib:
"FİFA üçün əsas və hazırda yeganə gəlir gətirən tədbir mindialdır. Dünya çempionatı hər dörd ildən bir keçirilir. Bir ayda pul qazanırıq və sonra həmin pulu növbəti dünya çempionatına qədər qalan 47 ayda xərcləyirik.
Əlbəttə ki, dünya çempionatı sayəsində milyardlarla dollar qazanırıq, amma çoxları FİFA-nın qeyri-kommersiya təşkilatı olduğunu bilmir. Qazandığımız vəsait dünyanın 211 ölkəsində futbola yatırılır".
Qeyd edək ki, 2026-cı il dünya çempionatı 11 iyun - 19 iyul tarixlərində ABŞ, Meksika və Kanadada keçiriləcək.