UEFA İntizam Komitəsi "Tottenhem"i Çempionlar Liqasının 8-ci turunun Frankfurt "Ayntraxt"ı ilə oyununda azarkeşlərin ayrı-seçkilik davranışına görə cərimələyib. Sport24.az xəbər verir ki, bu barədə ali futbol qurumunun rəsmi saytı məlumat yayıb.
İngiltərə klubun 30 min avro cərimələnib.
Bundan əlavə, "Tottenhem"ə UEFA-nın bayrağı altında keçiriləcək növbəti səfər oyunu üçün azarkeşlərinə bilet satmaq qadağası qoyulub. Qərarın verildiyi tarixdən bir illik sınaq müddəti tətbiq edilib. Klub həmçinin meydana yad əşyalar atıldığına görə 2250 avro cərimələnib.