"Mançester Siti"uzun müddətdir sağ cinah müdafiəçisi problemi ilə üzləşir. Kayl Uokerin klubdan ayrılmasından sonra bu mövqe komanda üçün həll edilməli məsələyə çevrilib və "şəhərlilər" Valentino Livramentonu ideal namizəd hesab edir. Sport24.az xəbər verir ki, bu barədə "Teamtalk" məlumat yayıb.

Mənbənin sözlərinə görə, "Nyukasl" Livramento üçün 70 milyon funt sterlinq tələb edir. Hazırda rekord məbləğ 60 milyon funt sterlinqlə PSJ-nin futbolçusu Əşrəf Hakimiyə məxsusdur. Əgər transfer baş tutarsa, bu, sağ cinah müdafiəçiləri üçün yeni transfer rekordu olacaq.

Qeyd edək ki, Livramento "Nyukasl"la hazırkı müqaviləsi 2028-ci ilin yayına qədərdir