"Yuventus" mərkəz yarımmüdafiəçisi Veston Makkenni ilə müqaviləni uzadıb. Sport24.az xəbər verir ki, bu barədə Turin klubunun rəsmi saytı məlumat yayıb.

 

Yeni sözləşməyə əsasən Makkenni 2030-cu ilin yayına qədər "qoca sinyora"nın formasını geyinəcək.

 

Qeyd edək ki, 27 yaşlı amerikalı 2020-ci ildən Turin klubunda çıxış edir. Yarımmüdafiəçi "Yuventus"un heyətində meydana çıxdığı 220 oyunda 26 qol vurub və 26 məhsuldar ötürmə edib. Bu mövsüm isə Makkenninın aktivində 38 oyunda 8 qol və 7 məhsuldar ötürmə var.